23:12 15.01.2018 3418

Kamran, ordan bir qafiyə aç

Rəşad Ergün

Baş tutan transfer

Çempionlar Liqasının cari mövsümündə qrup mərhələsində iştirak etmiş "Qarabağ” futbolçusu Dino Ndlovunu Çinin "Xançjou Qrintaun” klubuna satıb. Cənubi Afrika Respublikasının milli komandasının üzvü asiyalılarla 2 illik sözləşmə imzalayıb. Bu keçidin ağdamlılara 750 min avro qazandırdığı bildirilir. Bu isə 1,5 milyon manat edir.

Gözlənilən transfer

İsveçin AİK klubu "Qarabağ”ın yarımmüdafiəçisi Tarık Elyunussinin xidmətində maraqlıdı. Bu barədə məlumatı İsveç mətbuatı yayıb. Xəbərdə AİK-in Norveç millisinin də üzvü olan 29 yaşlı futbolçunun xidmətində maraqlı olduğu qeyd edilib. Klub futbolçunu icarəyə götürməyin də əleyhinə deyil.

Urrra, Mahir Mədətov "Beşiktaş”da!

"Qarabağ” burax da Avropanı, bütün dünyanın izlədiyi Çempionlar Liqası kimi nəhəng turnirin qrup mərhələsində 6 oyun keçirdi. 6 oyun! "Köhlən atlar”ın ÇL macərası bitən kimi Azərbaycan mətbuatında "Qarabağ”ın azərbaycanlı futbolçusu Mahir Mədətovun "Beşiktaş”a transfer olunacağı xəbərləri yayıldı (bu oğlan "Qarabağ”ın heyətində ÇL-in qrup mərhələsində 322 dəqiqə meydanda olub, 78 ötürmə edib, 3 dəfə qapıya zərbə vurub). Hətta bəzi saytar bir az da irəli gedərək, o günlərdə manşetə belə başlıqlar çıxarırdı: "Mahir Mədətov "Beşiktaş”da - Foto”. Eee, sonra? Sonra nə oldu? Getdimi Mədətov "Beşiktaş”a? İzləyə bilirsizmi oyununu göz dolusu? İzləmirsiz, yenə xəbərlər yazmağa davam edirsiz, yeni xəbərlər oxumağa davam edirik: "Mahir Mədətov Bundesliqa klublarının diqqət mərkəzidə”. Sabun köpüyü, yalan, falan, filan... Amma əvəzində afrikalı Dino Ndlovu, norveçli Tarık Elyunussi dünyanın, Avropanın diqqətini cəlb edir, onlara görə "Qarabağ”la danışıqlar aparılır, onlara görə Azərbaycan klubu pul qazanır.

Portuqaliyada, Çexiyada böyük meyxana ustadı Kamran Ağayevin istedadına qiymət vermədilər, üstümüzə qayıtdı. Albaniyada Rauf Əliyevi bəyənmədilər, o da üstümüzə qayıtdı. Türkiyədə, Slovakiyada Ramil Şeydayevin, Portuqaliyada Emin Mahmudovun istedadını "gözü götürməyənlər” oldu, üstümüzə qayıtdılar. Eddi İsrafilov adlı bir futbolçumuz var, indi hardasa İspaniyanın aşağı liqalarında gününü keçirir. Portuqaliyada bir də Budaq Nəsirovumuz var, böyüyüb ağac olacağını gözləməkdən özümüz ağaca dönmüşük.

Siz bir də ayıb bilmədən Ozancan Kökcüyə nazmı edirsiz? Avropaya çıxarmağa bircə normal futbolçusu olmayan ölkənin futbol federasiyasının rəhbərliyi lazım gəlsə, Kökcünün qapısının önündə kötük olmalıdı, milliyə gəlməsi üçün. Qardaş, "brat”, "arkadaş”, sizin ölkədən futbolçu çıxmır! Çıxartmırlar, çıxarda bilmirlər! Və sizin çoxunuz səbəbləri araşdırmadan, nəticəyə hücum edirsiz.

Ndlovunun, Aqollinin, Almeydanın, Miçelin, Kintananın hesabına neçə ildi sizə Avropa meydanlarında qələbinin tamını hiss etdirən Qurban Qurbanov sabah milli komandada uğursuzluğa düçar olunca, yaxasından yapışıb, bəlkə də vətən xaini çıxaracaqsız adamı. Bu ölkənin insanları yaxşılığı da, pisliyi də tez unudur. Bu ölkədə insanlar səbəblərlə ilgilənməz, nəticələrə baxar. Sizin çoxunuz üçün "bütün bu illər ərzində niyə bizdə normal səviyyədə futbolçu yetişməyib” sualının cavabı mənasızdı. Bilirəm, heç araşdırmağa, düşünməyə də həvəsiniz yoxdu. Amma bəlkə də, haqlı olaraq qapazaltı olan Azərbaycan millisinə gəlməyə naz edən Kökcülərə, Kötükcülərə, nə bilim, daha kimlərə dişinizi qıcıya, "mənim vətənim, mənim xalqım” kimi gəlişigözəl sözlər yağdıra bilirsiz. Sizin vətəniniz, sizin xalqınız çox demirəm, ortaya bircə Dino Ndlovu çıxarsın... Nə isə, Kamran, ordan bir qafiyə aç.

Komanda.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

16 Avqust 2026
17:08

Duqlass dünya rekordunu yenilədi

16:42

Şose velosipedi üzrə Azərbaycan Kubokunda qaliblər müəyyənləşdi

16:09

"Sabah"ın rəqibi ikinci heyətlə oynayıb darmadağın oldu

15:43

"İnter" ingiltərəli futbolçunu rənglərinə bağladı

15:12

"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

14:40

AFFA-nın baş katibi "Sabahın Ulduzları" Bakı Kubokunun oyununu izlədi

14:13

Azərbaycanın stolüstü tennisçiləri Yaponiyada 4 medal qazandılar

13:51

"Vest Hem" transfer rekordunu yenilədi

13:05

Musiala qol vurduqdan sonra huşunu itirdi

12:49

Zubir "Qarabağ"dan getdi - RƏSMİ

12:18

"Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq" - İsmayıl Kartal

11:44

"Bu, müharibədir, oyun deyil" - Rekorda imza atan İslam rəqibini anlamır

11:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:41

İslam Maxaçev Qerrini yenərək titulunu qorudu

10:12

PSJ "Ayaks"ın vingerini heyətinə cəlb etdi - RƏSMİ

09:37

MPL: "Sumqayıt" "Neftçi"ni, "Zirə" debütantı qəbul edir

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

01:43

Super Liqa: "Fənərbağça" "Gənclərbirliyi"nə məğlub oldu

01:13

Toral Bayramov ikinci hissədə oyuna girdi, "Bursaspor" 3 xalı qazandı

00:44

Valdas Dambrauskas "Kəpəz"lə matçdan sonra nə danışdı?

00:17

"İnanıram ki, xallar qazanacağıq" - Azər Məmmədov

15 Avqust 2026
23:39

"Qələbənin bizim haqqımız olduğunu demək ədalətsizlik olar" - Fərid Namazov

23:22

"Futbolçularımın mübarizə əzmindən razı qaldım" - Cavid Hüseynov

23:12

"Seltik" darmadağına sevindi, Kamilo Duran isə...

22:59

Anatoli Nuriyevin qolu "Kişvarda"nı xilas etmədi

22:42

MPL: Qəbələdə qol səsi çıxmadı, "Sabah" Rumıniyaya qalib gedir

22:12

"Nyukasl"dan 65 milyonluq həmlə

21:30

"Sumqayıt" heyətini gücləndirdi

21:16

London nəhəngi hərəkətə keçdi

20:48

"Arsenal" və "Mançester Yunayted" onun üçün mübarizə aparır

20:28

"Biz Xalqın komandasıyıq və bu adı qürurla daşımaq bizim borcumuzdur" - Cenk Sümer

20:22

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazandı

19:47

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında mərhələ adladı

19:11

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

18:56

"Qarabağ"da parladı, indi Avropanın yolunu tutur

18:08

"Zaqatala" "Bərdə"yə məğlub oldu

17:43

Holand "Ginnes"ə düşdü - Rekord

16:44

Okan Buruk: "Bu həftə bir və ya iki transferin həyata keçəcəyini gözləyirik"

15:50

"Kəpəz" "Sabah"la oyuna neçə itki ilə çıxacaq?

15:11

PSJ Torresi rənglərinə bağladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X