"Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən 9 yaşadək futbolçular arasında Novruz turnirinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Şamaxı Olimpiya Kompleksinin meydançalarında baş tutan yarışda 4 komanda dairəvi sistemlə mübarizə aparıb. İki gün sürən yarışda qalib adını "Qəbələ” futbolçuları qazanıb. Anar Surxayevin baş məşqçisi olduğu komanda xal hesabında bütün rəqiblərini arxada qoyub. "Sabah” 2-ci, "Vətən” 3-cü yeri tutub. Klubun digər təmsilçisi "Qəbələ UGİM” yarışı 4-cü pillədə başa vurub.
Xatırladaq ki, martın 22-23-də U-12-lər arasında Novruz turnirində də "Qəbələ” qalib olmuşdu.
Fanat.Az