Topaz Premyer Liqasında XXII turun oyun cədvəli açıqlanıb. Fanat.Az xəbər verir ki, mövsümün sonuncu – IV dövrəsinə Gəncədə start veriləcək.
İlk oyun günündə autsayderlər "Kəpəz”lə "Keşlə”nin qarşılaşmasından sonra "Qarabağ” və "Səbail” meydana çıxacaq.
Turun daha çox maraq kəsb edən oyunları aprelin 8-də baş tutacaq. Avrokubok arzusunda olanların duellərində öncə "Zirə” və "Qəbələ”, ardınca "Neftçi” və "Sumqayıt” üz-üzə gələcək.
7 aprel
15:00. "Kəpəz” – "Keşlə”
Gəncə şəhər stadionu
18:30. "Qarabağ” – "Səbail”
"Azərsun Arena”
8 aprel
16:30. "Zirə” – "Qəbələ”
Zirə İdman Kompleksinin stadionu
18:30. "Neftçi” – "Sumqayıt”
"Bakcell Arena"
Fanat.Az