15:28 06.04.2018 1956

\"Sumqayıt\"da \"yorğan davası\": 3 xal \"Neftçi\"yə veriləcək?

"Neftçi" bazar günü Premyer Liqada taleyüklü qarşılaşmalardan birinə çıxacaq. Nəyin bahasına olursa-olsun avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulan "ağ-qaralar" bu yoldakı əsas rəqiblərdən biri olan "Sumqayıt"la qarşılaşacaq.

Bu oyundakı qələbə "Neftçi"nin şanslarını böyük ölçüdə artıracaq. Belə ki, üçüncü pillədəki "Sumqayıt"la xal fərqi ikiyə enəcək. Üstəlik dördüncü pillədə qərarlaşan "Zirə" bu tur "Qəbələ" ilə qarşılaşacaq. Qəsəbə təmsilçisinin xal itirmək ehtimalı böyükdü ki, da "Neftçi" dördüncü pilləyə yaxınlaşmaq üçün əlavə şans verir.

Komanda.az saytının məlumatına görə, Elxan Məmmədovun istəyi ilə "Sumqayıt" "Neftçi"yə dəyişən Kamran Quliyev artıq bu yöndə fəaliyyətə başlayıb. O, sabiq komandası "Sumqayıt”ın aparıcı futbolçuları ilə əlaqə saxlayaraq, onlara şirnikləndirici vəd verib. Quliyev futbolçulara bildirib ki, çempionat başa çatan kimi "Neftçi”yə transfer ediləcəklər. Mənbənin verdiyi məlumata görə, Bəxtiyar Həsənalızadə, Tural Axundov, Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyubov və Azər Salahlıya yayda "Neftçi”də olacaqları barədə vəd verilib. "Sumqayıt”la oyundan əvvəl rəqibin əsas futbolçularına belə bir vədin verilməsi isə yalnız bir məsələyə xidmət edə bilər. Kamran Quliyev ya onlardan "Neftçi” ilə oyunda güc sərf etməməyi tələb edib, ya da futbolçulara belə vəd verməklə, onların konsentrasiyasının pozulacağını planlaşdırıb.

Bütün bunlar öz yerində. Bu gün Fanat.Az-a daxil olan məlumata görə, Kamran Quliyev qədər onun "Sumqayıt"dakı varisi Riad Rəfiyev də "ağ-qaralar"a uduzmağı arzulayır. Bunun səbəbi də bəllidi. Hər iki prezident eyni şəxs - Elxan Məmmədov tərəfindən idarə olunur. Nobel prospektindəki boz binada oturan Azərbaycan futbolunun "boz kardinalı" da "Neftçi"nin bu oyundan qalib çıxmasını arzulayır. Hər iki tərəfə də eyni tapşırıq verilib.

Məlum olduğu kimi, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov hazırda Bakıda deyil. Baş məşqçi "Qəbələ" ilə oyundan dərhal sonra UEFA tərəfindən Nyonda keçirilən "UEFA Pro licence Student exchange” adlı kursda iştirak edir. Bu fürsətdən yararlanan Riad Rəfiyev də bəzi aparıcı futbolçularla əlaqə saxlayaraq onlara mətbuatda yazılanlara fikir verməməyi deyir və "müəyyən tapşırıqlar" verir. Hətta prezidentin bəzi futbolçulara mövsümün sonunda "Neftçi"yə keçmək istəyəcəkləri halda heç bir problemlə qarşılaşmayacaqlarını vəd edərək AFFA-dakı dayılarının tapşırıqlarını həyata keçirməyə çalışır.

Bütün bunlar yazılanların, səslənən iddiaların doğru olduğunu deməyə əsas verir. Amma hər şey burda bitmir. Samir Abasov sabah vətənə qayıdacaq. Proseslərin gedişi onu göstərir ki, əsl həngamə də məhz bundan sonra baş verəcək. Kamran Quliyevin bir neçə saatın içində "Neftçi"yə transferinə görə özlərini alçalmış hiss etdiklərini deyən çalışdırıcı yəqin ki, oyunun "Neftçi"yə verilməsinə razılıq verməyəcək və komandasının meydanı qələbə ilə tərk etməsi üçün bütün gücünü sərəfbər etməli olacaq.

Təbii ki, bütün bunlar bir iddiadı və "Sumqayıt"ın futbolçularının bütün tapşırıqlara rəğmən oyunu "Neftçi"yə verəcəyini dəqiq deyə bilmərik. Amma istənilən halda PFL və AFFA söz-söhbətlərin yaranmaması üçün bu qarşılaşmanı nəzarətə götürməlidi. Onsuzda Azərbaycandakı danışılmış oyunlarla bağlı UEFA-nın masasında kifayət qədər fakt var...

Yeri gəlmişkən, Hakimlər Komitəsi bu oyuna iki FIFA referisini təyin edib. Belə ki, hazırda Azərbaycanın ən yaxşı hakimi hesab olunan Əliyar Ağayev qarşılaşmanın baş hakimi olacaq. Digər beynəlxalq dərəcəli referi Rəhim Həsənov da 4-cü hakim funksiyasını yerinə yetirəcək. Görünür Hakimlər Komitəsi hakimliklə bağlı söz-söhbətlərin yaranmaması üçün bu addımı atmalı olub.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

Facebookdan bizi izləməyi unutmayın.
X