"Yaxşı oyun alındı. Bəxt də sözünü dedi. "Keşlə” də xoş təsir bağışladı. Ancaq bugünkü oyunda əvvəlkilərin cəmindən daha çox qol imkanı yaratdıq. İstəyirdik fərqi azaldaq, alınmadı". Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə" ilə oyundan (1:1) sonra "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov deyib.
Baş məşqçi komandasının son pillədən qurtulacağına inanır: "Komandama inanıram. Mövsümü sonuncu pillədə başa vurmamaq üçün sonadək mübarizə aparacağıq. Bizdən qabaqda təkcə "Keşlə" deyil. 2 oyundan qalib ayrılsaq, son pillədən qurtula bilərik. Oyuna görə razılaşın ki, "Kəpəz” son pilləlik komanda deyil".
Hüseynov "Sizcə, Dario Frederiko özünü başqa komandalara göstərmək üçün oynamır" sualına belə cavab verib: "Oyunçu kiməsə özünü sübut etmək istəyirsə, bunu hər oyunda etməlidi. Heç bir baş məşqçi futbolçunu bir oyunluq götürmür. O, özünü hər oyunda göstərməlidi. Rəqib də bizi analiz edir. Darioya bir qədər geniş məkan versən, istədiyini edəcək. Bu gün ona geniş məkan verdilər. Nəticədə sürətindən istifadə edərək, rəqib futbolçuları aldatdı".
Fanat.Az