Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Dinamo” (Berlin) növbəti matçına çıxıb. Fanat.Az xəbər verir ki, komanda Almaniyanın Şimal-Şərq Regional Liqasında 28-ci turunda doğma meydanda "Germania Halberştadt” ilə qarşılaşıb.
Oyun "Berlin"in 4:2 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Dadaşov fasilədə əvəzlənib. O, oyunda dubla imza atıb. 22-ci dəqiqədə hesabı 1:1 edib. 40-cı dəqiqədə isə komandasının hesabda önə keçirib – 3:2.
Qeyd edək ki, Rüfət Dadaşov cari mövsümdə vurduğu qolların sayını 25-ə çatdırıb. O, Regional Liqanın Şimal-Şərq zonasının bombardiridi.
Fanat.Az