"Slaviya"nın U-21 komandası Çexiyanın gənclər liqasında növbəti oyununa çıxıb. Fanat.Az xəbər verir ki, Praqa təmsilçisi "Bohemians 1905"la qarşılaşıb.
"Slaviya"nın 5:2 hesablı qələbə qazandığı matçda azərbaycanlı futbolçu Rövlan Muradov dubl edib. Gənc futbolçu 22-ci və 40-cı dəqiqələrdə komandasının 2-ci və 4-cü qollarına imza atıb.
Qeyd edək ki, "Slaviya" bu nəticədən sonra 33 xalla 8-ci pillədə qərarlaşıb.
Fanat.Az