Millimizin sabiq forvardı Rüfət Dadaşov Almaniyanın 3-cü liqa təmsilçisi Proyssenə keçidi haqda danışıb.
Fanat.Az xəbər verir ki, Berlin "Dinamo”sunu tərk edən hücumçu "Berliner Kurier”ə açıqlamasında qərarı qəbul edərkən çətinlik çəkdiyini deyib: "Dinamo”nun rəhbərliyi və azarkeşləri mənə qarşı həmişə xeyirxah və mehriban olublar. Qərar vermək asan deyildi. Məni başa düşdüklərinə inanıram. 26 yaşım var. Daha səviyyəli liqada oynamaq istəyimi yəqin, anlayışla qarşılayıblar. Digər tərəfdən, "Berlin”i mükafatsız tərk etmək istəmədiyimi də söyləməliyəm. Ümid edirəm ki, regional liqa kubokunda qalib gələcəyik”.
Fanat.Az