Berti Foqts milli komandamıza başçılıq etdiyi dövrdə dəvət göndərdiyi Rüfət Dadaşovun Almaniyanın III Bundesliqasında çıxış edən "Proyssen Myunster”ə transferindən danışıb. Fanat.Az xəbər verir ki, alman mütəxəssis bu gözləmədiyini bildirib:
"Rüfət Dadaşovun "Proyssen Myunster”ə transfer olunacağını gözləmirdim. O, II liqada oynaya biləcək çox yaxşı oğlandı. "Proyssen Myunster” həqiqətən də "böyük ov” edib" deyə Foqts bildirib.
Qeyd edək ki, Rüfət Dadaşov Almaniyanın III Bundesliqasında çıxış edən "Proyssen Myunster” klubu ilə 2 illik müqavilə bağlayıb. O, yeni komandasına cari mövsüm başa çatandan sonra qoşulacaq. Azərbaycan yığmasına yenidən dəvət alması gündəmdə olan forvard hazırda Regional Liqanın bombardiridi. Onun hesabında 26 qol var.
Rüfət Dadaşov 2013-2014-cü illərdə Azərbaycan millisinin heyətində ümumilikdə 16 oyunda iştirak edib və 4 qol vurub. Hazırda milliyə onun qardaşı Renat Dadaşov dəvət alır. Berti Foqts 2008-2014-cü illərdə Azərbaycan yığmasına rəhbərlik edib.
Fanat.Az