Kiprin "Anortosis” klubunda icarə əsasında top qovan Araz Abdullayev komandada qalmayacaq.
Fanat.Az xəbər verir ki, bu haqda Kipr mətbuatı informasiya yayıb.Həmkarlarımız 26 yaşlı futbolçunun Kipr təmsilçisinin gələcək planlarına daxil olmadığını yazıb. Səbəb kimi onun transfer qiyməti göstərilir.
"Anortosis”lə Abdullayevin müqavilə ilə məxsus olduğu "Qəbələ” arasındakı anlaşmada yer alan bəndə əsasən, kiprlilər yayda 150 min avro ödəməklə milli üzvünü rənglərinə bağlaya bilər. Amma azərbaycanlı futbolçunun mövsümün əvvəlindəki uğurlu çıxışını davam etdirməməsi Famaqusta təmsilçisinin onunla bağlı fikrini dəyişdirib. Yazıda "Anortosis”in transferdən artıq imtina etdiyi və Abdullayevin mövsümün sonunda ölkəsinə dönəcəyi qeyd olunub.
Arazın "Qəbələ” ilə olan müqaviləsinin müddəti 2019-cu ilin yanvarında bitir.
Fanat.Az