Futzal üzrə Yüksək Liqada XV turdan təxirə salınmış oyunun tarixi müəyyənləşib.
Fanat.Az Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən xəbər verir ki, "Neftçi” ilə "Yasamal” üz-üzə gələcək. Görüş aprelin 21-də Bakı İdman Sarayında keçiriləcək. Start fiti 15:00-da veriləcək oyunun hakimləri Elçin Məmmədov, Yusif Nurullayev və Azad Hüseynov olacaq.
Tofiq Şükürov isə hakim-inspektor funksiyasını yerinə yetirəcək.
Fanat.Az