12:39 19.04.2018 1262

Təmkin Xəlilzadə: "Belə oynasaydıq, çempion olardıq"

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi” – "Qəbələ” oyunundan (1:3) evdə aldıqları 1:2 hesablı yenilginin əvəzini səfərdə çıxan qonaqların futbolçusu Təmkin Xəlilzadə jurnalistlərin suallarını cavablandırıb.


 

- İlk oyundakı yenilgidən sonra finala çıxacağınıza inanırdız?

- Hardasa ruh düşkünlüyü yaranmışdı. Amma bilirdikki, bu, bizim üçün mövsümün oyunudu. Çempionat öz yerində, ancaq bu görüş matçı həqiqətən mövsümün matçı idi. Komandada xarakter gördüm. Əvvəldən belə oynasaydıq, bəlkə də çempion olardıq. Finala vəsiqə qazandıq. Həlledici matça hazırlaşacağıq. İstəyimiz kuboku qazanmaqdı.

 

 

- "Neftçi” ilə oyunlarda iki fərqli "Qəbələ” gördük. Birinci oyunda ruhən sarsılmış, sanki oynamaq istəməyən, bu gün isə finala çıxmaq istəyən komanda. Nə dəyişdi?

- Komanda olaraq hər oyuna ciddi hazırlaşırıq. Rəqibimiz də sıradan komanda deyil. "Neftçi” son vaxtlar çox yaxşı formada idi. Onlar bizi ilk oyunda üstələyərək qalib gəldi. Amma matçı analiz etdik, boşluqlarımıza baxdıq. Səhvlərdən düzgün nəticə çıxardıq, şanslarımızdan yararlandıq.

 

 

- İlkin Qırtımovla mübahisə oldu. Həmin epizodda nə baş verdi? Baş hakimdən penalti istəyirdin...

- Bəli, hakimlə danışırdım. İlkin də öz etrazını bildirdi. Futbolda istər-istəməz belə hallar olur. İlkinlə çox yaxşı münasibətdəyik, dostuq, qardaşıq. Meydanda belə şeylər olur. Oyundan sonra Qırtımovun yanına gələrək kiçik kimi əlimi uzatdım. Belə bir problem olmadı. Oyunun stressidi, olur istər-istəməz.

 

 

- Bir qol ötürməsi verdin. Birini də edə bilərdin. Amma qapıya zərbə vurmağı üstün tutdun və top qapıdan keçmədi. Xəsislik elədin?

- Xeyr elə deyil. Sadəcə formanın haqqını vermək istəyirəm. Həmin epizodda iki fikirli oldum. Bilmədim ki, ötürmə verim, yoxsa özüm qapıya zərbə vurum. İki fikirdə olmaq sonda məni çaşdırdı və istədiyim alınmadı. Ancaq şükürlər olsun ki, nəticəyə təsir etmədi, qələbəmizi əldə etdik.


 

- Final Qəbələdə keçiriləcək...

- Dəqiqləşib?

 

 

 

- Bəli. Artıq kuboku "Qəbələ”nin saymaq olar?

- Yox. Çünki arxayınlaşa bilmərik. İndi çempionatımızdakı mübarizədən də görünür ki, hər komanda digərindən xal ala bilir. "Keşlə” də yaxşı formadadı. Bizi bugünkündən bəlkə də 2-3 dəfə çətin oyun gözləyir. Finalın Qəbələdə olması hardasa bizim üçün üstünlük sayılır. Ancaq bunu elə bir şey saymıram. Onlar üçün də həmin meydançadı, bizim üçün də. İnşallah, qələbə qazanmaq istəyirik.

 

 

- "Qarabağ”ın kubokda kənarda qalması sizin üçün əlavə motivasiyadırmı?

- Elə bir düşüncəmiz olmayıb. Heç vaxt fərq qoymamışıq ki, rəqibimiz "Qarabağ”, "Keşlə” və ya "Sumqayıt”dı. Düzdü, finalda "Qarabağ”la oynasaydıq, fərqli matç olardı. Ancaq heç vaxt fikirləşməmişik ki, nə yaxşı "Qarabağ” yoxdu. Biz öz oyunumuzu oynayırıq.

 

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X