Yuri Maksimov "Keşlə”dəki fəaliyyətini davam etdirə bilər.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan Kubokunun yarımfinalında "Sumqayıt” səddini aşan (1:0, 1:1) Bakı təmsilçisinin çalışdırıcısı rəhbərlikdən yeni vədlər alıb.
Ukraynalı mütəxəssisə mayın 28-də baş tutacaq finalda qalib gələcəkləri halda, mükafat boyun olunub. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov maddi durumdan narazı olan çalışdırıcıya mövsümü titulla başa vuracaqları halda, büdcənin artırılacağını, Avroliqa ərəfəsində səviyyəli transferlər ediləcəyini çatdırıb. Bakı təmsilçisiylə cari mövsümün sonuna qədər anlaşan mütəxəssisə yaxşı şərtlərlə 2 illik anlaşma təklif ediləcəyi də bildirilib.
Fanat.Az