22:39 19.04.2018 1292

Dabo "Qəbələ"ni 100-ə çatdırdı

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Neftçi” üzərində 3:1 hesablı qələbə qazanan "Qəbələ” finala yüksəlib.

 

Fanat.Az "qırmızı-qaralar"ın saytına istinadən xəbər verir ki, Qəbələ təmsilçisi bununla 3-cü dəfə həlledici qarşılaşmada oynamaq hüququ qazanıb.

 

Komanda 2013/14 mövsümündə "Xəzər Lənkəran”ı (3:0, 1:1) yarımfinalda mübarizədən kənarlaşdırıb, finalda "Neftçi” ilə üz-üzə gəlib. 1:1 hesabı ilə başa çatan qarşılaşmanın taleyini bakılıların daha dəqiq olduğu penaltilər seriyası həll edib – 3:2. 2016/17 mövsümündə isə yarımfinalda "İnter”i (3:1, 2:0) keçən "Qəbələ” finalda "Qarabağ”la görüşüb. Ağdam klubu 2 cavabsız qolla kuboka yiyələnib.

 

 

Özünün 3-cü finalında mayın 28-də "Keşlə” ilə üz-üzə gələcək Roman Qriqorçukun yetirmələrinin "Neftçi” ilə son matçı yubileylərlə də əlamətdar olub. "Qəbələ” Azərbaycan kubokunda 100-cü qolunu vurub. "Qırmızı-qaralar”ın görüşdəki 2-ci qolu klubun tarixinə kubokdakı 100-cü top kimi düşüb. Matçın 30-cu dəqiqəsində dublunu rəsmiləşdirən Baqali Dabo yubiley topunun müəllifi olub. 8-ci km qəsəbə stadionundakı qarşılaşmayadək keçirdiyi 57 oyunda 98 top vuran "Qəbələ” "Neftçi” ilə görüşdə bu rəqəmi 101-ə çatdırıb. Bunlardan 64-ü evdə, 36-sı səfərdə, 1-i neytral meydanda vurulub.

 

Baqalinin ilk qolu da yubiley əhəmiyyəti kəsb edib. Hücumçu əvvəlcə "Qəbələ”nin heyətində özünün 25-ci qoluna imza atıb. "Qırmızı-qaralar”ın heyətində 56-cı matçına çıxan Dabo ardınca qol sayını 26-ya çatdırıb. Klub tarixinin 3-cü bombardiri olan hücumçu çempionatda 19, kubokda 4, avrokuboklarda 3 dəfə rəqib qapısına yol tapıb.

 

Ölkə kubokundakı 58-ci oyun həm də buraxılan 50-ci qolla yadda qalıb. "Neftçi”nin futbolçusu Soni Mustivarın vurduğu top "qırmızı-qaralar”ın qapısında gördüyü 50-ci qoldu. Bunlardan 20-si ev, 26-sı səfər, 1-i neytral meydana təsadüf edib. Ümumilikdə 101 qol vurub, 50-ni buraxan "Qəbələ” həm məhsuldarlığa, həm də fərqə (+51) görə yarışın 7-ci komandasıdı.

 

"Neftçi” üzərində qazanılan qələbə kubok tarixində 30-cu uğurdu. "Qırmızı-qaralar” evdə 18, səfərdə 12 qələbə qazanıb. Komanda kubok yarışlarında 30 və daha çox matçda qalib gələn 8-ci komandadı.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2025
17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

09:45

Ərəb şeyxi Taysonu fikrindən döndərdi - "Ovlamalı olduğumuz bir dovşan var"

09:23

"Şamaxı"nın 4 yeni oyunçusunun komandaya qoşulacağı tarix bilindi

09:00

"Mən qarşısıalınmaz olacam" - Lamin Yamal

00:11

Azərbaycan güləşçisi Avropa çempionu oldu

02 İyul 2025
23:37

"Monterrey"in baş məşqçisi "Borussiya"ya məğlubiyyətdən sonra belə danışdı

23:25

Ərəb şeyxi "Mançester Siti"yə qalib gələn "Əl-Hilal"lı futbolçuları "pul yağışı"na tutdu - MƏBLƏĞ

22:52

Berluskoninin ailəsindən alınan "Montsa" yeni sahibinə qovuşdu

22:14

Azərbaycan Güləş Federasiyasının yeni təlim-məşq mərkəzi açıldı

21:48

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

21:23

Niderland millisinin sabiq futbolçusu "Liverpul"da - RƏSMİ

20:48

Kurtinaytis "Sabah"ın ÇL-dəki rəqiblərini dəyərləndirdi

20:17

Fransalı hücumçu İPL klubunda - RƏSMİ

19:50

"Bayern Münhen" "Liverpul"a rəsmi təklif göndərdi

19:20

"Belarusla oyunların bizə çox köməyi olacaq” - Siyasət Əsgərov

18:46

"Hayduk" güclü rəqibdir, amma..." - "Zirə"nin yarımmüdafiəçisi

18:11

Madrid nəhəngi italiyalı oyunçunun keçidini elan etdi

Facebookdan bizi izləməyi unutmayın.
X