Bosniya və Herseqovinada təşkil edilən UEFA İnkişaf turnirində 16 yaşadək qızlardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununu keçirib.
Fanat.Az-ın məlumatına görə, komandamızın rəqibi Xorvatiyanın müvafiq yaş qrupundan ibarət yığması olub. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Millimizin qoluna Alina Nəhmədova imza atıb. Turnirin əsasnaməsinə uyğun olaraq, qalib penalti seriyasında müəyyənləşib.
Zərbələri daha dəqiq yerinə yetirən rəqib 3:2 hesabı ilə qələbə qazanıb.
Yığmamız turnirdə son oyununu aprelin 22-də Bosniya və Herseqovinaya qarşı keçirəcək.
Fanat.Az