"Beşikta"ın prezidenti Fikrət Orman Bakıya gəlir.
Fanat.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərə görə, klub rəhbərinin səfəri bu gün baş tutacaq.
Orman Azərbaycan "Beşiktaş”lılar Dərnəyi tərəfindən Bakı Tennis Akademiyasında onun adına təşkil olunan turnirin açılışını etmək üçün paytaxtımıza səfər edəcək. İş adamının Azərbaycandakı "Beşiktaş” azarkeşləri ilə görüşəcəyi bildirilib. Orman axşam saatlarında isə İstanbula qayıdacaq və komandasının bazar günü "Malatyaspor”la keçirəcəyi Superliqa oyununu stadiondan izləyəcək.
Fanat.Az