Topaz Premyer Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib. XXIV turda "Sumqayıt"ı yenən "Qarabağ" sona 4 tur qalmış çempionluğunu elan edib.
Fanat.Az xəbər verir ki, bu "Qarabağ"ın ardıcıl 5-ci, ümumilikdə 6-cı çempionluğu olub. Ən çox çempion olan komanda "Neftçi"di - 8 dəfə. "Kəpəz" 3, "Şəmkir", "İnter" və "Bakı" 2, "Xəzər Lənkəran" və "Turan" 1 dəfə çempionluq sevinci yaşayıb.
Azərbaycan çempionatının bütün qaliblərini təqdim edirik.
1992 Neftçi
1993 Qarabağ
1993/94 Turan
1994/95 Kəpəz
1995/96 Neftçi
1996/97 Neftçi
1997/98 Kəpəz
1998/99 Kəpəz
1999/00 Şəmkir
2000/01 Şəmkir
2001/02 Yarımçıq dayandırılıb
2002/03 Keçirilməyib
2003/04 Neftçi
2004/05 Neftçi
2005/06 Bakı
2006/07 Xəzər Lənkəran
2007/08 İnter
2008/09 Bakı
2009/10 İnter
2010/11 Neftçi
2011/12 Neftçi
2012/13 Neftçi
2013/14 Qarabağ
2014/15 Qarabağ
2015/16 Qarabağ
2016/17 Qarabağ
2017/18 Qarabağ
Fanat.Az