"Zirə"nin qələbəsiz oyunlar seriyası başa çatıb.
Fanat.Az xəbər verir ki, Bakı klubu Premyer Liqanın XXVI turunda 11 oyunluq uğursuz seriyaya son qoyub.
Bu gün "Səbail"i 1:0 hesabı ilə yenən "Zirə" son qələbəsini XIV turda bu rəqib üzərində, özü də 1:0 hesabı ilə və yenə səfərdə qazanmışdı.
Ayxan Abbasovun komandası bu müddətdə keçirdiyi 11 oyundan 6-da uduzub, 5-də heç-heçə edib.
"Zirə"nin qələbəsiz oyunlar seriyası:
Zirə - Sumqayıt 1:1
Qəbələ - Zirə 2:1
Neftçi - Zirə 1:1
Zirə - Keşlə 1:2
Qarabağ - Zirə 2:0
Zirə - Səbail 1:1
Kəpəz - Zirə 0:0
Zirə - Qəbələ 1:1
Zirə - Neftçi 0:3
Keşlə - Zirə 2:1
Zirə - Qarabağ 1:2
Fanat.Az