"Səbail”in baş məşqçisi Samir Əliyev Topaz Premyer Liqasının XXVII turunda "Neftçi”yə 1:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Fanat.az sport24.az-a istinadən xəbər verir ki, o, oyundan sonra mətbuat konfransında bunları söyləyib:
"Uduzmaq istəmirdik. Rəqibin ustalıq səviyyəsi öz sözünü dedi. Futbolçularıma narazılığım yoxdu. Bacarıqlarını göstərdilər. İki komandanı müqayisə etdikdə, "Neftçi”nin ehtiyatda oturan 4 oyunçusunun məvacibi bizim ümumi komandanın məvacibindən çoxdu”.
Əliyev ilk hissənin sonlarında texniki zonadan qovulmasına da münasibət bildirib: "Hakimlər barədə danışmaq istəmirəm. Şəxsi fikrim belədi ki, bugünkü hakimlər briqadasının səviyyəsi budu. Əlbəttə, əsəblərimə hakim ola bilmədim. Haqlı olaraq da texniki zonadan qovuldum”.
Fanat.Az