"Qarabağ”ın haitili yarımmüdafiəçisi Vild-Donald Gerye 2013-2016 aralığında top qovduğu Polşa çempionatına qayıda bilər.
Fanat.Az sözügedən ölkənin mətbuatına istinadən xəbər verir ki, "Qurnik” Geryenin xidmətində maraqlıdı. Zabje təmsilçisi "Visla”da oynamış orta xətt oyunçusunu rənglərinə bağlamağa can atsa da, futbolçunun "Qarabağ”la olan müqaviləsi qüvvədən düşməyib.
Həmkarlarımız "Qurnik”in Ağdam təmsilçisinə icarə müqaviləsi üçün müraciət edəcəyini yazıb.
Qeyd edək ki, Gerye "Qarabağ”a ötən il "Alanyaspor”dan gəlib.
Fanat.Az