16:04 14.05.2018 1746

Baş katibin məkrli "Kəpəz" planı - YAZI

Ötən həftə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında verilən qərarlardan biri də Topaz Premyer Liqasında sonuncu yeri tutan klubun I Diviziona düşməsinin vacibliyidir. Son illər bu məsələdə prinsipiallıq sərgilənmədiyi halda, bu il belə olması qəribə görünməyə bilməzdi.

 

Bəs görəsən bu dəfə İK niyə belə qərar çıxardı?

 

Mövzumuz "Kəpəz"in bilərəkdən Diviziona salınıb, yerinə "Sabah"ın gətirilməsi haqdadır və kifayət qədər ifşaedici məlumatlar olacaq.

 

Futbol ictimaiyyətinin, futbolsevərlərin də təəccübünə səbəb olan bu qərarın rezonans yaratmasına səbəb nədir, diqqət edək:

 

İK-nın sözügedən iclasından sonra brifinqə yalnız qurumun baş katibi Elxan Məmmədov gəldi (İkinci dəfədir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev əsas gətirmədən mətbuat önünə çıxmaqdan boyun qaçırır) və bildirdi ki, AFFA Lisenziyalaşdırma Qrupu I Diviziondan yalnız "Sabah"ın lisenziya şərtlərinə cavab verdiyini açqlayıb. Divizionun digər 9 klubunun yarısı bununçün müraciət etməyib, edənlərin də heç birinin sənədləri tam deyil. Baş katib ardınca açıqladı ki, İK-nın verdiyi qərara əsasən, TPL-in sonuncusu, yəni "Kəpəz" liqadan düşməlidir, Diviziondan yeganə lisenziya almış "Sabah" onun yerinə gəlməlidir.

 

Bu məqam ciddi etirazlar doğurdu.

 

İK-nın fakt qarşısında qoyulduğu məlum oldu. Elxan Məmmədov qərarları bu cür olmayacağı halda məsuliyyətin İK-nın üzərinə düşəcəyini bildirib, UEFA-nın tələblərinə əsasən, addımların lisenziya şərtlərinə uyğun atılmasının vacibliyi bildirilib. Beləliklə, komitədəki müzakirələrə bilərəkdən təsir/təzyiq edilib

 

Lisenziya şərtlərinə cavab vermək hələ qərarın verilməsi üçü kifayət etmir. UEFA tələbləriə görə, idman prinsipləri də qorunmalıdır. Ok, onda Divizionda ciddi nəticə qazana bilməyən "Sabah" niyə zorla elitaya gətirilir? Yaxud niyə Divizionun AFFA tərəfindən maliyyələşən digər klubları heç olmasa, lisenziya şərtlərinə cavab vermir?

 

"Sabah"ın Təhsil Nazirliyinin nəzdidə olduğu bildirilsə də, bu klub qondarmadır. "Vətən"in bazası əsasında yaradılan klubun infrastrukturlaşması, bazalaşması və maliyyə dayağının olması kimi meyarlar hələ açıq qalıb. Üstəlik, Təhsil Nazirliyi rəsmən açıqlamayıb ki, bu klubu himayə edəcək...

Sadəcə lisenziya şərtlərini tam yerinə yetirdiyi bildirilən bir natamam klubun elitaya buraxılmasına razılıq verməyə məcbur olan İK-nın digər üzvləri mediadan qaçsa da, Qurban Qurbanov danışdı. Bildirdi ki, biz də belə olmasını istəməzdik. Əksinə, daha çox klubun TPL-də olması vacibdir. Acaq bizə bildirildi ki, lisenziya şərtlərinə uyğun addım atılmalıdır. Biz də sənədsiz-sübutsuz qərar verə bilməzdik. Belə... Gördüyünüz kimi, sənəd-sübut deyilən detalda Məmmədov İK-ya kifayət qədər təsir edə bilib, həm də əsassız...

 

Bəs "Sabah"ın lisenziya şərtlərinə cavab verə sənədləri hanı? Nə İK-nın üzvləri o sənədlərlə tam tanışdır, nə də ictimaiyyət. Baş katib bu haqda materialların dərc olunacağını bildirsə də, hələ real addım yoxdur. Bu cür vədlər əvvəllər də verilib, lakin əməl edilməyib...

 

Beləliklə, məlum olur ki "Sabah"ın sənədləri tələsik formalaşdırılıb.

 

Hər halda, idman psinsipləri pozulub, yəni Divizionun çempionu "Xəzər" yalnız bank təminatı göstərmədiyi üçün TPL-ə buraxılmırsa, onda "Kəpəz" kimi oturuşmuş futbol klubunun yerinə qondarma təşkil olunan "Sabah"ın belə zorakı gətirilməsində müəmmalı məqamlar az deyil və bir çox açıq suallar yaranır.

 

Araşadırmalarımız nəticəsində məsələ ətrafında istintaq araşdırmasnıa səbəb olacaq məqamları aşkarlamışıq.

 

Xatırlayırsınızsa, ötən ilin noyabrında Azərbaycan futbolunun gündəmində zəlzələ effekti yaradan "Kəpəz"də maliyyə pozuntusu" ifşası oldu. Həmin prosesdə klubun Müşahidə Şurasında təmsil olunan AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun maliyyə pozuntularında əlinin olduğu aşkar edildi və o, həm klubdakı postdan, həm də AFFA-dakı vəzifəsindən qovuldu. Bu prosesi/ifşanı Gəncə şəhər rəhbərliyi istəmişdi və SOCAR-ın audit qrupunun araşdırması nəticəsində belə bir olayın üstü açılmışdı, ancaq AFFA-nın baş katibi çevik tərpənərək, guya ifşa təşəbbüsünün onlardan gəldiyini açıqladı. Prosesdə çoxlu qaranlıq məqamların olduğuna dair suallara isə, "Hər şey tam araşdırılacaq və ictamiyyətə açıqlanacaq" cavabı verib, əslində məsələnin üstünü bağladı. Ondan sonra heç bir açıqlama olmayıb, suallar cavabsız qalıb.

 

Bəli, bu ifşa olayı sıradan bir məqam deyildi, ciddi, sistemli araşdırılsa, ölkə futboluna ayrılan dövlət maliyyəsinin maxinator sistemin əlində cəmləndiyi aşkaralanacaqdı. Guya klubları Müşahidə Şurası kimi demokatik sistemdə idarə edən AFFA-nın elə şura sisteminin maxniasiyası ifşa edildi.

Olayın böyüməməsində müstəqil KİV-in maksimum sıxışdırılması, yandaş media vasitəsiylə dezinformasiyaların yayılmasının da rolu oldu.

 

Həmin ərəfələrdə də dəfələrlə qeyd edilmişdi ki, Gəncə şəhər rəhbərliyinin təşəbbüsüylə üstü açılan bu maxinasiya şəbəkəsinin kökü tapılmalıdır.

 

İfşa olunan olayda Mikayıl Nərimanoğlunun mənimsəmələri təkbaşına deyil, birbaşa AFFA-nın baş katibi ilə əlaqəli, onun razılığa ilə etdiyi bilindi. Həmçinin komandanın baş məşqçisi Şahin Diniyevin də adı çirkin olaylarda hallandı və bunlar faktlarla ortaya qoyuldu.

 

O zamandan sonra Gəncə rəhbərliyi komandanı öz öhdəliyinə götürdüyünü açıqlayıb, bəzi islahatlar aparmışdı.

 

Mikayıl Nərimanoğlunun qovulduğu posta AFFA-dan İslam Abbasov, şəhər rəhbərliyinin təşəbbüsüylə baş məşqçi təyin edilən Yunis Hüseynovun köməkçisi vəzifəsinə isə Yaşar Vahabzadə təyin olundu. Bu proses göstərdi ki, Elxan Məmmədov yenə öz kadrlarını kluba və komandaya yerləşdirdi. Lakin...

 

Yeni təyin olunanlar tamamilə ofsaydda qalmışdılar.

 

AFFA-dan klub üçün ayrılan məbləğin məsrəfinə isə artıq baş katibin adamı yox, klubun yeni rəhbərliyi nəzarət edirdi. Baş mühasib də dəyişdirildi və şəhər rəhbərliyinin kadrı təyin olundu. Beləliklə, "Kəpəz" üçün AFFA-nın ayırdığı 1.7 milyon manatın xərclənməsinə nəzarət, hesabat və s. proseslər tamamilə əldən çıxandan sonra Elxan Məmmədov üçün bu futbol diyarında klubun olub-olmaması əhəmiyyət daşımırdı.

 

Və insanları çaşdıran o məqama - niyə "Kəpəz"in yerinə Divizionda 5-ci yeri tutmuş, qondarma "Sabah" gətirilir - müəmmasına aydınlıq gəlirmi?

 

Elxan Məmmədov hələ İK-nın ilasından əvvəl bu haqda çıxışları, yandaş mediada açıqlamaları ilə ictimai fikri yönəltməyə çalışır, hətta İK-nın qərarlarına təsir edə biləcək açıqlamalar verməkdə çəkinmirdi. O, hər addımda lisenziya şərtlərinə əməl etməyən klubun elitaya buraxılmasının mümkünsüzlüyündə danışanda buna görə İK-nın məsuliyyət daşıyacağını vurğulamaqla əslində, səlahiyyətini aşmış olurdu.

 

Heç bir prinsipə sığmayan "Kəpəz"in düşüşü yerinə "Sabah"ın gəlişi məsələsinin səbəbləri bizə aydın oldu.

 

Əlbəttə ki, məhz "Sabah"ın elitaya gətirilməsi baş katibə sərf edir. Çünki o klubun Elxan Məmmədovun kurasiyasında olduğu hələ təməli qoyulanda bütün futbol ictimaiyyətinə məlum idi.

Bizdə olan məlumata görə, AFFA-nın "Kəpəz" üçün ayırdığı 1.7 milyon manat da "Sabah"a veriləcək. "Kəpəz"də bu pulun xərclənməsinə nəzarəti əldən verən Elxan Məmmədovun bunu "Sabah"da təşkil etməkçün çətinlik çəkməyəcəyi artıq indidən məlumdur.

 

Sonuncu yeri tutan "Kəpəz" idman prinsiplərinə görə Diviziona düşməlidir, Ok. Ancaq həmin prinsip 5-ci yeri tutan və təsisləşməsində boşluqların olduğu, qondarma klub "Sabah"ın gətirilməsiylə kobud şəildə pozulur. Bunu pozan isə İK-nın qərarlarına ciddi təsir edən baş katib Elxan Məmmədovdur.

Hər halda, proseslərin ciddi və yaxından izlənməsi, ümumiyyətlə, AFFA-dan maliyyələşən klublarda vəsaitin nə cür xərclənməsinə ciddi nəzarət vacibdir.

 

Elçin Cəlilov, Futbolpress

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

Facebookdan bizi izləməyi unutmayın.
X