10:12 16.05.2018 1675

Haqlıyıq... (QEYD)

"Xəzər"in I Divizionun çempionu olmasına baxmayaraq, Topaz Premyer Liqasına yüksəlməməsinə səbəb klubun lisenziya şərtlərini  təmin etməməsidir. Bu, həqiqətdir. Həmçinin klub rəhbərliyinin kimliyinin naməlum qalmasını normal  qəbul etmirik. Əslində proseslərin nataraz getdiyinə dair qeydlər kifayət qədər olub. 

İndi "Xəzər"in bu çatışmazlığını əlində bayraq edərək, proseslərin mərkəzində duran AFFA-nın baş katibini haqlı mövqeyə çıxaranlar nə dərəcədə məntiqlidilər? Yəni hamımız gözəl bilirik ki, proses manipulyativ gedişata məruz qaldı, daha tamaşa qurmaq nəyə gərək?

Yəni baş katibin "Sabah"ın elitaya yüksəlməsini kağız-kuğuzla İK-a yeritməsini möhtəşəm uğur kimi görək?
...Proseslərin hardan və necə qaynaqlandığını bilmirik? 

Hələ baxın, guya ki, "Xəzər"ə  mətbuatda dəstəyin çox olması, sonunda o dəstəyə layiq olmaması, dəstək verənlərinsə nəticədə çətin vəziyyətdə qalması və s. epizodlar qabardılır. Hətta kulisdə eşidilir ki, klubun himayədarları Gündüz və Eminə görə bu dəstəyin verildiyinə inandırılıb (Oxu: Elxan Məmmədov tərəfindən), buna görə də onların sıxışdırılması gözlənir. 

Əslində, "Xəzər"ə dəstəyin səbəblərini bir-bir xırdalayaq, bu mövzuyla çox yaxşı tanış olan ictimaiyyət detalları da bilsin.

- Klubda tanıdığımız/tanıdığınız iki futbol siması idarəçilikdə idi - Emin Abbasov və Gündüz Abbaszadə. Onların bundan əvvəlki ciddi fəaliyyətləri bizdə əminlik yaratmışdı ki, sizə, yəni ictimaiyyətə bu klubu rahatlıqla yaxşı tərəfə təqdim edək. Gördüyümüz kimi, yanılmadıq. Onların, o klubun uğurlu nəticələr qazanacağını əvvəldə yazdıq, elə də oldu.

- Bu klub hələ I Divizioda olmasına baxmayaraq, Antalyada qış toplanışını əksər TPL klublarından daha yaxşı təşkil etdi. Daim media ilə ünsiyyət qurub, bütün prosesin izlənməsi üçün şərait yaradırdılar.  AFFA-dan maliyyələşən, baş katibə yaxın olan klublarda isə bu, əksinədir. 

- I Divizionda olmasına baxmayaraq, klubun sosial şəbəkə üzərində fəaliyyəti çox uğurlu təqdim olunurdu. Yenə, əksər AFFA-nın "marionetka" klubları kimi deyil...

- Komanda Divizionda nəticələriylə rekord göstərdi. Bütün mümkün nəticələrin ən yaxşısını qazandı və biz inanırıq ki, bunlar "çirkin olaylar" olmadan baş verib

- "Xəzər" TPL-ə yüksələcəksə, bölgəyə yerləşəcək, bölgəni təmsil edəcəkdi

- Klubun ictimai və media layihələri ciddi idi. AFFA-nın maliyyələşdirdiyi TPL klublarından fərqli olaraq, mətbuata  bərabərhüquqlu yanaşma planları vardı


Bu və başqa kriteriyalar bizim "Xəzər"ə inanmağımıza, ictimaiyyətə ciddi klub kimi təqdim etməyimizə əsas verirdi. Hələ qış fasiləsində autsayderlər sırasında olarkən bu klubun/komandanın nəticələrinin çox ciddi olacağını yazdıq/proqnozlaşdırdıq və yekun göstərdi ki, haqlıydıq. Biz bu klubun TPL-ə layiqliyini yazanda məsuliyyəti dərk edirdik. 

Biz Rəşad Sadıqovun o klub üçün AFFA qarşısında zamin durması,  klub rəhbərinin hansı oliqarxlara yaxınlığı kimi mənasız, tineycer mövzularına fikir verməmişdik. Oxucuya bu tip informasiyalar təqdim etməyin peşəkarlığa, doğru niyyətə aidiyyatı yoxdur.

Ümumiyyətlə, bizimçün heç vaxt maraqlı olmayıb ki, bu klubun rəhbərliyi kimdir, nəçidir və "yuxarılarla" münasibəti nədir.

Oxucunun nəyinə gərək ki, "Xəzər" kimindir və məqsədi nədir. Mətbuat oxucuya bu komandanın lazımlılıq dərəcəsini izah etməlidir. Ki, bunu etdik. O tip mövzuları qabartmaq reallıqdan uzaqlaşdırmağa cəhddir. Bu da indiki halda Elxan Məmmədovun zorakı siyasətinə yönəltdiyimiz ictimai fikri azdırmaq məqsədi daşıyır.

Təki "Xəzər" kimi, qısa müddətdə uğurlu nəticələr qazanmağı bacaran klublar formalaşdıra bilsin Elxan Məmmədovu "drujinası". Ancaq olmayıb. İşdi-şayət, olsa, biz əvvəlcədən mütləq xəbər verəcəyik, bu haqda yazacağıq. Necə ki, "Xəzər" hələ ictimaiyyətə tanış deyildi, ancaq yaxşı nəticələr qazanacağını yazmışdıq...
 
Lisenziya şərtlərini guya yerinə yetirən "Sabah" haqda niyə müsbət fikir yürütmürük? Çünki heç bir əsas yoxdur. Bu klubun necə yaradıldığı, hansı planlarının olduğunu bilmirik. Nə bu haqda klubdan təşəbbüs olub, nə də biz arayarkən klubun harda, necə məskunlaşdığnı bilmişik. "Sabah"ın bircə ciddi nticəsi olub, o da lisenziya şərtlərinə cavab verə yeganə Divizion klubu olması, vəssalam. 

Qoy sizin sənəd üzərindən haqlı çıxan Elxan Məmmədov kimi dəliliniz olsun. Qoy Divizionun çempionu yox, 5-ci yeri tutan "Sabah" lisenziya şərtlərinə uyğun gəldiyi üçün TPL-ə gətirilsin və "Kəpəz" salınsın.  Görək Bakı klublarından ibarət çempioatınız UEFA-dan, FIFA-da ciddi iradlar alır, ya yox...

"Sabah"ınız xeyir olacaqmı - baxarıq...

Mənbə: futbolpress.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

Facebookdan bizi izləməyi unutmayın.
X