Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki Azərbaycanla bağlı danışıb.
Fanat.Az xəbər verir ki, hazırda Bosniya və Herseqovina milli komandasına başçılıq edən xorvat mütəxəssis Bakını fantastik şəhər adlandırıb.
Prosineçki paytaxtımızdan ləzzət aldığını vurğulayıb və Azərbaycanın hazırda Avropanın inkişaf etmiş ölkələri ilə eyni səviyyədə olduğunu bildirib:
"Azərbaycanda gözəl təcrübə topladım, son illər sürətlə inkişaf edən milli komandada 3 il çalışdım və biz seçmə tsikldə xallar toplamağa başladıq. Azərbaycanın hazırda Avropanın inkişaf etmiş ölkələri ilə eyni səviyyədədi. Onlar bilmədikləri məsələlərə qarışmırlar. Lakin müəyyən sahələrə xərc çəkərək mütəxəssislər cəlb edirlər. Bu səbəbdən, hazırda qitənin ən inkişaf etmiş ölkələrinə uyğun yerdədilər. Bu, bütün mənalarda - infrastruktur, təşkilati struktur və nəticələr baxımından belədi. Baxın, "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı".
Fanat.Az