Topaz Premyer Liqasının sonuncu turunda "Zirə"yə 1:2 hesabı ilə uduzaraq Avropa Liqasına getmək şansını itirən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov istefa verib.
Fanat.Az xəbər verir ki, o, qərarını oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb
"Bu mənim "Sumqayıt"da sonuncu oyunum idi. Belə şərtlərlə işləyə bilmərəm. Çünki "Sumqayıt" sanki reabilitasiya mərkəzidi. Rəhbərliklə danışmamışam. Amma böyük ehtimalla burda qalmayacam" deyə Abasov bildirib.
Fanat.Az