İspaniya Sequndasında 40-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası Alkorkon da növbəti matçına çıxıb. Sözügedən klub öz meydanında lideri – "Rayo Valekano”nu qəbul edib. Oyun meydan sahiblərinin 4:0 hesablı darmadağını ilə bitib. İsrafilovun adı iştirak ərizəsinə salınmayıb.
"Alkokron” 48 xalla 14-cü pillədədi.
Fanat.Az