"Qəbələ" - "Qarabağ" matçında "qırmızı-qaralar"ın kapitanı Cavid Hüseynov meydandan qovulub.
Fanat.Az xəbər verir ki, milli üzvünün qarşılaşmanın 45+2-ci dəqiqədə qırmızı vərəqə almasına "Qarabağ"dan Dani Kintana ilə toqquşmadan sonra onun sifətinə dirsək zərbəsi vurması olub. Daha sonra "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla mübahisə edən və itələyən Cavid meydandan qovulub.
Qeyd edək ki, "Qarabağ" "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edir.
Fanat.Az