09:30 25.05.2018 2242

“Qarabağ” dağılmır, təmizlənir

Yay transfer dövrü hay-küylə başladı. Yox, hələlik hansısa ciddi transferdən danışa bilməyəcəyik. Diqqəti çəkən gedənlər, göndərilənlərdi.
 
Əslində, bu proses gözləniləndi. Normal düşüncəli rəhbərliyi olan klublar öncə təmizləmə işi aparır, heyəti lazımsızlardan boşaldır, daha sonra gərək duyulan mövqelərə futbolçu alır. "Qarabağ” əvvəlki mövsümlərdə bəzi səhvlər etmiş, heyəti həddindən artıq yükləmiş, üzdə olan əksər yerli futbolçuları düşərgəyə yığmışdı. Az qala 3 heyətə sahib komanda zaman keçdikcə bu addımın israfa səbəb olduğunu gördü. 8 komandalı çempionat üçün bu qədər futbolçuya gərək yox idi, onsuz da yükü 15-16 nəfər çəkirdi.
 
O da var ki, "Qarabağ” avrokubokda uğur qazanmağı hədəfləmişdi. Çempionlar Liqasının qrupuna vəsiqə yanlışların üstündən xətt çəkdu, hətta məşqçilərə bəraət də verdi. Heyətin zənginliyi heç bir halda ağdamlılara ziyan vermədi, əksinə, bəzi futbolçuların potensial(sızlığ)ını üzə çıxardı.
 
İndi "Qarabağ”ın 9 futbolçu ilə birdən yolunu ayırması ciddi müzakirəyə səbəb olub. Bu addımı komandanın iddiasından əl çəkməsi kimi qələmə verirlər. Halbuki siyahıya baxsaq, Ağdam klubunun maksimum 3 futbolçu itirdiyini deyə bilərik. Bir az da dəqiqləşdirsək, "Qarabağ” yalnız Riçard Almeydanı itirir.
 
Vida edilən oyunçuların statistikasına diqqət edin (mötərizədə oyunçuların matçlarda neçə dəqiqə keçirdiyi ayrıca göstərilib):

Riçard Almeyda – 21 oyun (1570 dəqiqə - 17, 45, 29, 90, 31, 90, 90, 90, 90, 70, 87, 90, 90, 90, 90, 77, 90, 45, 89, 90, 90)
Elvin Yunuszadə - 20 oyun (1753 dəqiqə - 90, 90, 90, 90, 90, 90, 90, 90, 34, 10, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90, 89)
Pedro Enrike – 19 oyun (1206 dəqiqə - 90, 61, 88, 90, 69, 26, 59, 26, 22, 90, 74, 90, 90, 85, 69, 45, 22, 88, 22)
İbrahim Şehiç – 18 oyun (1564 dəqiqə - 90, 90, 90, 90, 34, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90, 90)
Rahid Əmirquliyev – 16 oyun (1138 dəqiqə - 90, 73, 90, 90, 90, 90, 55, 90, 83, 45, 76, 1, 80, 76, 90, 19)
Ramil Şeydayev – 15 oyun (769 dəqiqə - 90, 7, 65, 71, 45, 2, 90, 21, 14, 90, 62, 74, 14, 90, 34)
Əfran İsmayılov – 13 oyun (538 dəqiqə - 90, 90, 45, 21, 90, 7, 9, 11, 13, 45, 2, 62, 53)
Ağabala Ramazanov – 5 oyun (113 dəqiqə - 16, 5, 13, 13, 66)
Arif Daşdəmirov – 4 oyun (353 dəqiqə - 90, 90, 90, 83)
 
Cədvəldən göründüyü kimi, yalnız Almeyda üçün təəssüflənmək olar. Gedənlər arasında oyun sayında liderlik edən braziliyalı həm də komandanın döyünən ürəyi idi. Onun 3 dəfə artıq maaş təklifi aldığını nəzərə alsaq, "Qarabağ”ın onu buraxması gözləniləndi. Əks halda,Riçardın maaşı az qala "Səbail”in klub büdcəsinə bərabər olacaqdı.
 
Elvin Yunuszadə 1753 dəqiqə meydanda olmaqla bu baxımdan liderdi. Bədavi Hüseynovun zədəli olduğu dövrdə onu əla əvəzləyən mərkəz müdafiəçisi sırf xarakteri, intizamsızlığı üzündən qara siyahıya düşüb. O, ən azı əla əvəzedici kimi saxlanıla bilərdi.
 
Pedro Enrike oyun sayında 3-cüdü. Amma zədəyə meylli bu oyunçunun fiziki hazırlığında da problem var idi. Təsəvvür edin, o, cəmi 5 matçda əvəz edilməyib, üstəlik, 5 oyunda heç yarım hissə də qaçmayıb. 5 milyon avro transfer haqqı olan, icarədə olduğu vaxt aylıq 70 min avro (140 min manat) əməkhaqqı aldığı deyilən belə bir oyunçunu saxlamağın yeri varmı?
 
İbrahim Şehiçin gedişi təəssüf doğurur. 5 ildi "Qarabağ”da olan bosniyalı mövsümün əvvəlində ümumiyyətlə, heyətə düşə bilmirdi. Amma haqqını yemək olmaz, sabit oynamasa da, tez-tez kobud səhvlərlə yadda qalsa da, Ağdam klubunun əsas simalarından idi. Avrokubok matlarında səhvlərinə görə qınadığımız İbrahim ÇL-də başqalarının diqqətini çəkib. İndi dəvətləri çoxalıb, ona görə "Qarabağ”dan 350 min avroluq müqavilə istəyir. Bu isə qapıçı üçün yüksək hədd sayılır və Qurban Qurbanovun onu yola salması başadüşüləndi.
 
Rahid Əmirquliyev 16 oyun keçiribsə, buna görə daha çox avrokubokda oynayan yoldaşlarının yorğunluğuna borcludu. Təsadüfi deyil, o, əksər matçlarını qışa qədər, yəni "Qarabağ” ÇL-də mübarizə apararkən keçirib. İndi müqavilə məbləğinin azaldılmasına razılıq vermədiyindən gedişi labüd idi.
 
Ramil Şeydayev 15 oyunun 4-də 90 dəqiqə meydanda olub. Onun çox qarşılaşmada bir neçə dəqiqəlik meydanda olması da heyətə uyğunlaşa bilməməsindən xəbər verir. Qol sayı? Xatırlatmağa dəyməz, hücumçu üçün biabırçı göstəricidi.
 
Əfran İsmayılovun gedişi də normal qarşılanmalıdı. İstedadlı olsa da, tənbəlliyi üzündən az qala hər gün tənqid etdiyimiz yarımmüdafiəçi 2, 7, 9, 11 dəqiqəlik oyun vaxtı ilə Ağdam klubunda qala bilməzdi.
 
Ağabala Ramazanov keçirdiyi 5 oyunun cəmi birində start heyətdə yer alıb, üst-üstə 1 matç vaxtından azacıq çox meydanda olub. "İnter”dən qalmaqalla alınan yarımmüdafiəçi istedadına xəyanət etdiyi, məşqlərinə diqqətlə yanaşmadığı üçün indi klub axtarmalıdı.
 
Arif Daşdəmirov 4 oyunu əsasən mövsümün əvvəlində keçirib və indiyədək "Qarabağ”da saxlanmasına görə müqavilə şərtlərinə tam əməl edən kluba minnətdar olmalıdı.
 
Görundüyü kimi, "Qarabağ” 1-2 oyunçu istisna olunmaqla, artıq yükdən xilas olub. Bu futbolçulara verilən maaş isə az qala digər klubların ümumi büdcəsinin yarısına bərabər idi. Ona görə ağdamlıların bu "perezaqruzka”ya ciddi ehtiyacı var idi.
 
Qurbanovu Almeydanı qışda buraxmadığı, satıb kluba pul qazandırmadığı üçün qınayanlar var. Amma unutmaq olmaz ki, Riçardla vidalaşmaq ağdamlılara çempionluq bahasına da başa gələ bilərdi. Onun yoxluğundakı son 3 oyunda komandanın 2 məğlubiyyət alması da buna bariz nümunədi. Braziliyalı lider idi və ona yalnız indi layiqli əvəz axtarmaq olar.
 
Digər tərəfdən, "Qarabağ” qışda Dino Ndlovunu yaxşı qiymətə satmaqla və Tarik Elyunussi kimi bahalı oyunçudan qurtulmaqla onsuz da büdcəsinə qənaət etdi. Onlarsız da çempionluq qazanıldı və qənaət edilən pulu indi daha doğru xərcləmək olar.
 
"Qarabağ” bu yeniləməyə ən uyğun zamanda getdi. Düzdü, çətinlik olacaq, birdən-birə 6-7 oyunçu alınmalıdı. Hələ bu futbolçuların ansambla uyğunlaşması, seçimin dəqiq edilməsi kimi məsələlər var. Lakin vaxt çoxdu, klub qışdan bu yana bir çox oyunçunu ciddi nəzarətə götürüb. Ona görə də transferlərdə yanlışlıq ehtimalı faizi az olmalıdı.
 
Digər məsələ klub büdcəsinin qismən azalması ilə bağlıdı. Klub rəhbərliyi büdcəyə baxılacağını təsadüfən dilə gətirməyib. Qitə kuboklarında qrupa düşməmək ehtimalı da var. Belə olacağı təqdirdə çox bahalı heyətlə rəqabətsiz Premyer Liqada mübarizə aparmağın anlamı yoxdu. Transferlər yüz ölçülüb, bir biçilməlidi. Çox səviyyəli oyunçular Azərbaycana gəlmir, gələn də yalnız qrupda oynamaq üçün buna can atır. "Səbail”i, "Sabah”ı, "Sumqayıt”ı hətta indiki heyətlə də udmaq olar.
 
"Qarabağ”ın çox pul xərcləməsi həm də disbalans yaradır. Böyük büdcə ilə Azərbaycan çempionatının zəif komandalarına qarşı oynamaq artıq xərcdi. 2-3 legionerə digər hansısa klubun büdcəsi qədər pul vermək izafi xərcdi. Ağdamlılarala rəqabət apara bilməyənlər indi onu öz səviyyələrinə endirir. "Qarabağ” buna getməyə məcburdu, yoxsa özü məhv olar.
 
İndiki təmizləmə isə qorxulu proses deyil. Baş məşqçi Qurban Qurbanov kiçik istisnalarla ən doğru addımı atıb. Onun transferlərdə də eyni dəqiqliyi göstərəcəyinə ümid edirik.

Mənbə: futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

Facebookdan bizi izləməyi unutmayın.
X