Avstriyanın Regional Liqasında növbəti turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlıların klubu olan "Qarabağ Vyana” səfərdə "Neusiedl”lə qarşılaşıb.
Oyun Vyana təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. "Qarabağ"ın qollarından birini azərbaycanlı futbolçu Dmitri Nağıyev vurub.
Qeyd edək ki, "Qarabağ Vyana" 30 oyundan sonra 56 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Fanat.Az