Qazaxıstanın idman mətbuatında "Astana”nın baş məşqçisi Qriqori Babayanı kimin əvəzləyəcəyi müzakirə edilir.
Fanat.Az-ın məlumatında görə bir neçə mənbə "Qəbələ”nin çalışdırıcısı Roman Qrqorçukun Azərbaycan təmsilçisini sözügedən Qazaxıstan klubuna dəyişə biləcəyini önə çəkib. "Qırmızı-qaralar”ın növbəti mövsümdən daha az büdcə ilə mübarizə aparacağını vurğulayan həmkarlarımız 53 yaşlı çalışdırıcının daha böyük hədəflər uğrunda çalışmaq naminə "Astana”ya üz tutacağını yazıb.
Ukraynalının klub başqanı Sayan Xamitjanovla isti münasibətləri olduğunu xatırladan jurnalistlər indiki çalışdırıcının – erməni Babayanın komandada Qrqorçukun köməkçisi qismində fəaliyyətini sürdürə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Qazaxıstanda bu ilin yanvar-fevral aylarında da Qriqorçukun adı "Astana”yla yanaşı çəkilirdi.
Fanat.Az