Vüqar Nadirov karyerasını "Sabah”da davam etdirməyə çox yaxındı.
Fanat.Az xəbər verir ki, Samir Əliyevin gedişindən sonra "Səbail”i "Sabah”a dəyişən köməkçi-məşqçi Səttar Əliyev millinin sabiq hücumçusunu da yanına aparır. Premyer Liqanın debütantının baş məşqçisi Elşad Əhmədov da Vüqarın komandaya fayda verə biləcəyini düşündüyündən keçidin baş tutmaq ehtimalı böyükdü. Ciddi problem çıxmasa Nadirov 1 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Vüqar son mövsümü "Səbail”də keçirib.
Fanat.Az