"Qarabağ" ilk əcnəbi transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, Ağdam klubu "Qəbələ"dən Filip Ozobiçi heyətinə qatıb. Bölgə klubundan ayrılan xorvat futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ozobiç əvvəllər Rusiyanın "Spartak" (Moskva), Xorvatiyanın "Hayduk" və "Slaven" klublarında çıxış edib. 2016-cı "Qəbələ"yə transfer olunan 27 yaşlı yarımmüdafiəçi ölkəmizdə 74 rəsmi oyun keçirib və 25 qol vurub. Ozobiç Xorvatiyanın bütün aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib və ötən il dəvət aldığı A millidə iki oyuna çıxıb.
Onu da qeyd edək ki, "Qarabağ" "Sumqayıt"dan Cavid İmamverdiyev və "Səbail"dən Rahil Məmmədovla da anlaşıb.
Fanat.Az