Daha bir legioner futbolçu "Qarabağ"dan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, Dani Kintana İspaniya klubunun transfer siyahısına düşüb. Udlaspalmas.net-in məlumatına görə, 2017/18 mövsümünün sonunda La Liqanı tərk edən "Las Palmas" 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Klub artıq ispan futbolçu ilə danışılara başlayıb.
Qeyd edək ki, Kintanın müqaviləsi iyunun 30-da başa çatacaq. "Qarabağ" 2015-ci ilin fevralından komandada oynayan futbolçuya yeni müqavilə təklif edib. Kayerasına "Valensiya”nın əvəzedici komandasında başlayan yarımmüdafiəçi vətənində "Pusol”, "Ontenyente”, "Alsiru”, "Rasinq”, "Urakan”, "Olimpik” və "Ximnastik” klublarında da çıxış edib. O, Polşanın "Yaqelloniya” və Səudiyyə Ərəbistanının "Əl Əhli” komandalarında da oynayıb.
Fanat.Az