"Qəbələ"nin mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 2017/18 mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan "qırmızı-qaralar" iyunun 12-də hazırlıqlara start verəcək. Qəbələdə bir araya gələcək komanda üzvləri bir həftə ərzində məşqlərini doğma arenada gerçəkləşdirəcək.
Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaqlar.
"Qəbələ" iyunun 20-də Sloveniyaya yollanacaq. "Qırmızı-qaralar" iyulun 7-dək 4 yoxlama oyunu keçirəcəklər. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.
Fanat.Az