"Neftçi"nin "Sumqayıt"dan Tural Axundov və Rəşad Eyubovu heyətinə qatması birmənalı qarşılanmayıb. Paytaxt klubunun bu transferləri futbol ictimaiyyəti arasında geniş müzakirələrə səbəb olub.
Mövzunun aktuallığını nəzərə alaraq klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. "Neftçi" rəsmisi Fanat.Az-a açıqlamasında bunları dedi:
"Hər şey kənardan öründüyü kimi deyil. Ökədə yerli futbolçu qıtlığı var və bu oyunçuların səviyyəsi klubumuzu qane edir. Tural həm sol, həm də sağ cinahda oynaya bilir. "Neftçi" onu transfer etməklə əslində iki cinahdakı problemi həl etmiş oldu. Həm də büdcəyə qənaət edilib. Rəşadın keçidi də klubun transfer siyasətinə uyğundu. İnanırıq ki, hər iki futbolçu "Neftçi"yə xeyir verəcək".
Fanat.Az