"Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. "Qırmızı-qaralar" bu mərhələdə Lüksemburqun "Proqres” klubu ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, "Proqres” 1919-cu ildə yaradılıb. Lüksemburq klubu Niderkorn şəhərini təmsil edən klub Almaniyanın II müharibəsi dövründü Lüksemburqu işğal etməsindən sonra - 1942/43 mövsümündə "Niderkorn” adlanıb. Həmin vaxt komanda Qauliqada (Prussiyanın Reyn bölgəsinin mərkəzi və cənubi bölgələrinin çempionatı) iştirak edərək ikinci pilləni tutub.
"Qəbələ"nin 99 yaşlı rəqibi 3 dəfə Lüksemburq çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub. Komanda 1981-ci ildən sonra çempionluq sevinci yaşamayıb. Son mövsümü ikinci pillədə bitirərək gümüş medallara sahib çıxıb.
"Proqres” indiyədək avrokuboklarda 15 oyun keçirib. 1 qələbə qazanan, 2 heç-heçə edən Niderkorn təmsilçisi 12 dəfə məğlub olub. Rəqib qapılarına 3 qol vuran komanda 42 dəfə məyus olub. Onlar Avropadakı yeganə qələbəni "Reyncers” klubu üzərində qazanıb. Tarixində ilk dəfə ötən mövsüm mərhələd adlayan "Proqres" Avropa Liqasının I təsnifat mərhələsində Şotlandiya klubunu məğlub etmişdi.
"Proqres" ev oyunlarını "Yos Haupert” stadionunda keçirir. Arenanın azarkeş tutumu 4 min 830 nəfərdi. Komandanın heyətində Fransa, Portuqaliya, Almaniya, Belçika və Ermənistandan olan 10 legioner çıxış edir. Ermənistan yığmasında 2 oyun keçirmiş Aleksandre Karapetyan 2017-ci ildən bu komandanın formasını geyinir.
"Proqres"in baş məşqisi Paolo Amodiodu.
Fanat.Az