I diviziondan Premyer Liqaya vəsiqə qazanmış "Sabah"da hazırlıqlar davam edir.
Fanat.Az xəbər verir ki, komanda artıq bir sıra yerli futbolçularla yanaşı, legionerlərlə də güclənməyə yaxındı. Klubdan sport7.az-a verilən məlumata görə, Yosip Baliç, Filip İvanoviç və azərbaycanlı, xüsusən də "Neftçi" azarkeşlərinin yaxından tanıdığı, sevimlisi Saşa Stamenkoviç də komanda ilə birgə məşqlərə qoşulub. Onlarla bu gün rəsmi müqavilə bağlanacağı gözlənilir.
Fanat.Az