Yeni mövsümün hazırlıqlarını davam etdirən "Səbail” təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə keçəcək.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin qonşu ölkədə qalacağı otel və yoxlama görüşündə qarşılaşacağı bir rəqib bəlli olub.
İyulun 9-da Türkiyəyə yollanacaq bakılılar Kızılcahamamda "Çam Thermal Resort & Spa Hotel”də məskunlaşacaq. Baş məşqçi Aftandil Hacıyev yetirmələrini yerli komanda "Gənclərbirliyi” ilə görüşdə sınayacaq. Ötən mövsüm Super Liqanı tərk edən Ankara klubu ilə qarşılaşmanın tarixi hələlik açıqlanmayıb.
Fanat.Az