17:19 29.06.2018 2169

\"Qarabağ\" klubunun adı dəyişdirildi

Avstriyada yaradılmış və adı azərbaycanlı azarkeşlər üçün böyük əhəmiyyət kəsb edən "Qarabağ Vyana" son gününü yaşayır. 

Fanat.Az xəbər verir ki, kluba təyin olunan yeni rəhbərlik böyük dəyişikliklər astanasındadı. İlk olaraq da komandanın adından başlanılacaq. Yəni, daha klub "Qarabağ Vyana" adlandırılmayacaq. Sabah komanda "Qarabağ Vyana" adı ilə son matçına çıxacaq. Daha doğrusu, "Stadlau" ilə keçiriləcək oyunun fasiləsindən sonra klub bu adla vidalaşacaq və dərnək kimi fəaliyyət göstərəcək.

Bu haqda klubun rəsmi səhifəsində məlumat yer alıb. 

Açıqlamada "Sevgili azarkeşlər, dostlar və "Qarabağ"ın üzvləri. Sabah yeni bir dönəm başlayır, komanda "Qarabağ Vyana" adı ilə son dəfə səhnəyə çıxacaq. Sabah komandanın "Qarabağ Vyana" adı ilə fəaliyyət göstərəcəyi son gün olacaq. Çox gözəl bir zaman idi. Divarlar klubu ələ alacaq və artıq bir dərnək olaraq davam edəcək. Yenə də "Qarabağ Vyana" olaraq hamınıza təşəkkür etmək istəyirik. Çox duyğusal, dərin bir zaman idi. Böyük uğur əldə etdik və qısa zamanda tarix yazmağa çalışdıq. Bizə hər zaman dəstək oldunuz, sadiq qaldınız və üzüstə buraxmadız. Bu duyğu üçün təşəkkürlər. Hər zaman "Qarabağ Vyana"nın bir parçası olacaqsız və bizim üçün heç vaxt unudulmayacaqsız.
Xahiş edirik, son dəfə, sabah "Stadlau"ya qarşı oyunun fasiləsində "Qarabağ Vyana"yla bir anlaşma ilə vidalaşaq. Əminik ki, yeni rəhbərlik, yeni loqosu, rəngləri və bir çox yeni futbolçuları ilə yola uğurlu şəkildə davam edəcək. Bu üzdən öncədən tənqid etməyin, bir şans verin.
Hər birinizə, "Qarabağ Vyana" tərəfdarlarına xoşbəxtlik arzu edirik" sözlərinə yer verilib.

"Qarabağ Vyana" futbol klubu 2014-cü ildə Vyana Futbol Federasiyasında (WFV) rəsmi qeydiyyatdan keçərək, "Oberliqa A"da mübarizə aparmaq üçün lisenziya əldə edib. "Oberliqa" rəsmi olaraq Vyana Futbol Federasiyasının 3-cü, Avstriya Futbol Federasiyasının isə 6-cı liqasıdı. 

Komanda 2014-2015 mövsümündə "Oberliqa A"da  keçirdiyi 26 oyunda 17 qələbə, 2 heç-heçə və 7 məğlubiyyət ilə sezon sonunda 55 xal toplayaraq, sadəcә 2 xallıq fәrqlә 14 klubun iştirak etdiyi liqanı ikinci olaraq bitirib. Bununla yanaşı eyni mövsümdə Vyana kubokunda iştirak etmiş və ardıcıl 5 mərhələdə qələbə qazanıb. Yeni qurulan bir klub üçün əldə olunmuş nəticə yerli ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
 
"Qarabağ Vyana" 2015-2016 ci il mövsümünə isə yarışa "Oberliqa"dan daha yüksək olan 2-ci "Landesliqa"dan başlayıb. Bu Vyana Futbol Federasiyasının rəsmi olaraq 2-ci, Avstriya Futbol Federasiyasının isә 5-ci liqası hesab olunur. Bu liqada yeni olmasına baxmayaraq "Qarabağ Vyana" keçirdiyi 30 oyunda, 21 qələbə, 4 bərabərlik və 5 məğlubiyyətlə 67 xal toplayıb və 16 komandanın mübarizə apardığı yarışda ən yaxın izləyicisini 4 xal qabaqlayaraq çempion olub. Vyana Kubokunda da iştirak edərək, böyük uğur əldə qazanıb. Vyana Futbol Federasiyasının 289 klubunun iştirak etdiyi Vyana kubokunda komanda finala qədər yüksəlmiş və Avstriya milli futbol komandasının ev oyunlarını keçirdiyi "Ernst-Happel" Stadionunda digər finalçı "SV Gersthof"u 2-0 məğlub edərək kuboku başı üzərinə qaldırıb. "Qarabağ Vyana" bu nəticə ilə 2-ci Landesliqa tarixinə eyni mövsümdə həm çempion olan, həmdə şəhər kubokunu qazanan ilk klub olaraq keçib.

2016-2017 mövsümündə isə komanda ilk dəfə olaraq Vyana əyalət çempionu kimi, Avstriya kubokunda iştirak hüququ qazanıb və 2016-cı il 8 iyul tarixində Avstriyanın ən tanınmış klubu olan "Rapid"lə qarşılaşıb. Bu matçda 1:3 hesablı məğlubiyyətə uğrasa da, "Qarabağ Vayana" iki klub arasında həm səviyyə həm də büdcə fərqinə baxmayaraq göstərdiyi əzmkarlıqla hamını yaxşı mənada təəccübləndirməyi bacarıb. 
 
Azərbaycanlı futbolçular Emil Fərzəliyev, Dmitri Nağıyev və Elvin Bədəlov da müxtəlif vaxtlarda "Qarabağ Vyana"nın formasını geyib.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

Facebookdan bizi izləməyi unutmayın.
X