17:09 02.07.2018 1650

Ramin Musayev: “PFL-in nailiyyətləri bəzi insanların xoşuna gəlmir”

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin müsahibəsi

- Bu gün PFL-in 10 ili tamam olur. Bu münasibətlə sizi təbrik edirik. 10 illik fəaliyyətinizi necə dəyərləndirərdiniz?
- Təşəkkür edirəm. Bu gün sizin də bayramınızdı, bu münasibətlə təbrik edirəm. Mənim üçün üçqat bayramdı. Həm Azərbaycan Polisi Günü, həm PFL-in yaranma günü, həm də özümə yaxın dost bildiyim idman jurnalistlərinin günüdü.

O ki qaldı fəaliyyətimizə, uzun-uzadı danışmaq özündənrazılıq hesab oluna bilər. Amma reytinq cədvəlindəki irəliləyiş göz qabağındadı. Peşəkar Futbol Liqası AFFA prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə yaradılmış bir idarədi. Bu qurum məhz onun futbola olan diqqəti nəticəsində yaradıldı. İlk dəfə də mənə həvalə olundu. AFFA prezidentinə söz verdim ki, burda olduğum müddətdə keçirdiyim çempionatın ədalətli olmasına çalışacam. Şükürlər olsun ki, verdiyim sözün üstündə dura bilirəm. Bəlkə də, bunu deməli deyiləm, ancaq söyləyənlər də çox azdı. Bizim nailiyyətlərimiz bəzi insanların xoşuna gəlmir. Yəqin ki, bu, paxıllıq əlamətidi. Bura bizim şəxsi qurumumuz deyil, hər şey Azərbaycan futbolu naminədi. Heç bir diqqətsizlik bizi ruhdan salmır. Növbəti seçkilərə qədər öz bacarığımızı ortaya qoymalıyıq. Gördüyümüz işlər, xüsusən də, reytinq cədvəlində özünü doğrultdu. Çalışacağıq ki, həmin səviyyəni daha da artıraq.

- Çempionatımız PFL-in təşkilatçılığı ilə keçirildikdən sonra UEFA reytinqində yüksəliş yarandı, klublarımız avrokubokların qrup mərhələlərində iştirak etdi. Bütün bunlarda sizin əməyiniz nə qədərdi?
- İlk dəfə "Neftçi” avrokuboklarda qrup mərhələsində vəsiqə qazandı. Ardından "Qarabağ” bunu təkrarladı, "Qəbələ” rekorda imza atdı. Bütün bunlar bizim keçirdiyimiz çempionatın vaxtına düşüb. Deyə bilərlər ki, bunda PFL-in əziyyəti yoxdu. Mən də sual verirəm ki, əgər PFL-in əziyyəti yoxdusa, bizdən əvvəl bunlar niyə olmurdu? Klublarımız bir mərhələ keçəndə hamımız bayram edirdik, ikinci mərhələni keçəndə isə deyirdik ki, rekorda imza atdıq. Ancaq indi pley-off mərhələsini uğur saymırıq, düşünürük ki, bu da azdı. Ən vacibi odu ki, bizim dönəmimizdə Çempionlar Liqasının himni Azərbaycan stadionunda səsləndi. Bu, böyük hadisədi. Bundan sonra da çempionatımızın ədalətli keçirilməsinə və yaddaqalan yeniliklər ortaya çıxarmağa xüsusi önəm verəcəyik.

- PFL-siz çempionatla PFL-li çempionatı necə müqayisə edə bilərsiniz?
- PFL yaradıldıqdan sonra SSRİ dönəmində olan əvəzedicilərin çempionatını bərpa etdik. Bəzən klublarımızdan narazılıq olur ki, əvəzedici heyət nəyə lazımdı? Amma heç nə yaddan çıxmır. Əvəzedicilərin çempionatının yaradılması bizə nə verdi? Kifayət qədər gənc futbolçular üzə çıxdı. Bu gün Azərbaycan millisində çıxış edən futbolçuların 60-70%-i əvəzedicilərdən çıxıb və bu səviyyəyə yüksəlib. Əgər əvəzedici heyət olmasaydı, Premyer Liqada zədələnən futbolçu bərpa dövründən sonranı, həmçinin cəzalı duruma düşən oyunçu həmin dönəmi boş keçirəcəkdi. Futbolçu oynamasa, "artıra” bilməz. Əvəzedici heyət Premyer Liqada çalışan məşqçilərə kömək üçün yaradıldı. Bu da özünü doğrultdu.

- 10 il ərzində ən böyük qazancınız nə oldu?
- Bəzi qonşu ölkələrdən fərqli, Azərbaycanda Çempionlar Liqasının himni səslənildi. Əliyar Ağayev heç kimin ağlına gəlməyən səviyyəyə, I kateqoriyaya yüksəldi. Əliyar da çempionatımızda "bişmiş” hakimdi. AFFA və PFL tərəfindən hakimlərə olan diqqət-qayğının nəticəsi göz önündədi.

- Doğru və yanlış hesab etdiyiniz qərarlar hansılar oldu?
- Yanlış hesab etdiyim keçən il əvəzedici heyətin əsas komandadan bir gün sonra oynaması qərarıdı. Mən bununla razılaşmadım. Ancaq səs çoxluğu ilə belə addıma əl atdıq. Bu, səhv qərar oldu. Yaxşı oldu ki, bu il iclasda görüşdük və etiraf etdilər ki, əvəzedicilər əsas komandadan bir gün əvvəl oynasa yaxşıdı.

Yadda qalan çox şey var. Mən PFL-dən əvvəl klubda çalışırdım. Hər klub da ürəyi istəyən topla oynayırdı. Bu da peşəkar futbolçuları öz oyununu göstərmək imkanından məhrum edirdi. Ancaq PFL yaranandan sonra qərara aldıq ki, bütün çempionat eyni topla oynanılmalıdı. Vaxt var idi ki, klublara şar kimi top verirdilər. Futbolçular da deyirdilər ki, zərbə vururduq, top havada beş yerə qatlanır, istədiyimiz oyunu göstərə bilmirik. Bununla bağlı qərarımız da peşəkarlığa doğru atılmış növbəti addım idi.

- Mübarizə və rəqabət baxımından hansı mövsümü xüsusi fərqləndirərdiniz?
- Açığı, fərqləndirmək çox çətindi. Hər mövsümün öz şirinliyi və çətinliyi var. Buna görə də, ayıra bilmirəm. Hələ yola davam edirik.

Mənbə: apasport.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X