Sloveniya "Olimpiya"sının kapitanı Branko İliç Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı müdafiəçi mətbuat konfrasında "Qarabağ"ın Bolqarıstanın "Ludoqorets" və Ukraynanın "Dinamo" (Kiyev) komandaları ilə Avstriya toplanışındakı yoxlama oyunlarına baxdıqlarını bildirib. Onun fikrincə, Azərbaycan təmsilçisi bu görüşlərdə yaxşı oynamaq üçün lazımi keyfiyyətə malik olduğunu göstərib:
"Qarabağ” bu matçlarda yaxşı oynamaq üçün yetərincə səviyyəyə malik olduğunu göstərdi. Amma rəqib komandanın heyətində kifayət qədər dəyişikliklər olub. Bu üzdən də rəqibimiz yeni mövsümə tam hazır deyil. Ümumilikdə, "Qarabağ” yaxşı komandadı. Lakin biz də özümüzə güvənirik. Hazırlıq prosesinə inkişafa nail olmuşuq və mərhələ keçəcəyimizə ümid edə bilərik.
Düşünürəm ki, toplanış müddətində məşqçimizin istədiklərinin hamısının öhdəsindən gəldik. Sabah "Qarabağ”ı bizim oyunumuzu oynamağa məcbur etməyə çalışacağıq. Bunun üzərində işləmişik. Çox təhlillər aparmışıq. Xüsusilə, öz oyunumuzu təhlil edib, səhvləri aradan qaldırmışıq. Qarşılaşacağımız komandanın güclü olması daha yaxşıdı. Qalib gələcəyimizi söz verə bilmərəm. Lakin yaxşı oynamağa, ötənilki səhvləri təkrarlamamağa çalışacağıq”.
Fanat.Az