Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq Macarıstan "Uypeşt"inin sifariş ərizəsi açıqlanıb.
Fanat.Az xəbər verir ki, serbiyalı baş məşqçi Neboyşa Viqnyeviç 20 futbolçuya güvənib. Onlardan 3-ü qapıçı, 4-ü müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i hücumçudur. Heyətdə ümumilikdə 8 legioner yer alıb.
Qeyd edək ki, "Neftçi" və "Uypeşt" arasındakı ilk oyun iyulun 12-də Bakıdakı "Dalğa Arena"da, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.
Qapıçılar: 1. Filip Payoviç (Serbiya), 23. David Banay, 35. Bens-Qundel Takats
Müdafiəçilər: 5. Robert Litauski, 19. Miyuşko Bojoviç (Monteneqro), 22. David Mol, 68. Cenan Burekoviç (Bosniya və Herseqovina)
Yarımmüdafiəçilər: 23. Benjamin Tseke, 10. Donat Joter, 14. Alassan Diallo (Mali), 18. Boyan Stankoviç (Monteneqro), 21. Benjamin Balaj, 26. Daniel Nagi, 30. Çukvuebuka Onovo (Nigeriya), 49. Branko Paulyeviç
Hücumçular: 6. Obina Emmanuel Nvobodo (Nigeriya), 7. Kristian Şimon, 9. Patrik Tişler, 86. Soma Novotnı, Viktor Angelov (Makedoniya)
Fanat.Az