"Qarabağ"la oyunda şanslar bərabərdi. Əslində biz maliyyə imkanlarımızı onlarınkı ilə müqayisə edə bilmərik. Amma futbolda nəticə bu nöqteyi-nəzərdən müəyyənləşmir. Kim ən yaxşı günündədisə, kim daha çox enerji sərf edəcəksə, o da qalib gələcək. Bilirik ki, bu, cütlük arasında ilk oyundu. Bizim hələ Bakıda cavab matçımız da var. Ona görə də Lyüblyanada olduqca ağıllı oynamalıyıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Olimpiya"nın yeni transferi Matiç Çrniç deyib.
Sloveniya mətbuatına müsahibə verən futbolçu "Qarabağ"ın yeni qapıçısı Hannes Halldorssonla bağlı da danışıb: "Halldorssonun transferindən aydın olur ki, "Qarabağ"ın yüksək hədəfləri var və avrokuboklara ciddi yanaşır. Onların büdcəsi bu cür oyunçu almağa imkan verir. Messi ona qol vura bilməyibsə, biz vurarıq (gülür)".
Fanat.Az