09:53 12.07.2018 1367

\"Neftçi\" ilə oyuna gələn \"Uypeşt\"in 2 futbolçusuna viza verilmədi

"Neftçi" ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu ilə əlaqədar Bakıya gələn Macarıstanın "Uypeşt" klubunun 2 futbolçusu problemlə üzləşib.

Budapeşt təmsilçisinin rəsmi saytının məlumatına görə, malili yarımmüdafiəçi Diallo Alassan və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobodoya hava limanında viza verilməyib. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcəklər. Beləliklə, baş məşqçi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalıb.

Bundan başqa "Uypeşt"i çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə - Türkiyənin Bursa və Trabzon hava limanlarına eniş edib. Bu səbəbdən, Budapeştdən yerli vaxtla saat 9:30-da yola çıxan heyət Heydər Əliyev Hava Limanına saat 18:40-da çatıb. "Uypeşt" aeroport yaxınlığındakı "Şeraton Baku" otelində məskunlaşıb.

Bakıya gec çatdıqlarından, budapeştlilər "Dalğa Arena"da məşqə çıxa bilməyiblər və baş məşqçinin mətbuat konfransı ləğv olunub.

Bütün çətinliklərə və yorğunluqlara rəğmən, "Uypeşt"in futbolçusu Daniel Nad bugünkü qarşılaşmada daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib. O, Bakı barədə ilkin təəssüratlarının müsbət olduğunu da vurğulayıb: "Yol çox yorucu oldu, xeyli səfər etdik və yorulduq. Bununla belə, bütün çətinliklərin öhdəsindən gəlməliyik. Ən yaxşı formanı yığmaq üçün mümkün olan hər şeyi edəcəyik. İlkin təəssüratlarımız yaxşıdır. Bizi təmiz və gözəl ətraf mühit qarşıladı. Otel əladır. Elə bir yerdəyik ki, şərait bizə dincəlməyə və böyük günə hazırlaşmağa imkan verir".

Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Uypeşt" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. ("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

Facebookdan bizi izləməyi unutmayın.
X