"Qarabağ"ın Çempionlar Liqasında Sloveniya "Olimpiya"sı ilə keçirəcəyi I təsnifat mərhələsinin cavab görüşünə bütün təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, oyunu İsraildən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim: Erez Papir
Baş hakimin köməkçiləri: David Elias Bitton, Eliyahu Kasapu
Dördüncü hakim: David Fuxman
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)
Hakim-inspektor: Sokol Yareçi (Albaniya)
İyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlanacaq.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
Fanat.Az