Sloveniyada təlim-məşq toplanışında olan "Trabzonspor" hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi komandada dünən ikitərəfli oyun keçirilib. Bu oyunda bir gün əvvəl Moksva "Sparkat"ı ilə yoxlama oyununda (1:4) start heyətində yer almayan futbolçular iştirak edib.
Oyunun iştirakçısı olan Ramil Şeydayev 5 qol vurub. Onun oyunu 61saat.com saytının diqqətini çəkib. Xəbəri "Ramil "Trabzonspor”da şou yaratdı” başlığı ilə təqdim edən sayt millimizin üzvü haqqında "Gənc futbolçu bu oyunda özünü ən yaxşı tərəfdən göstərməyə çalışdı. Ramil 5 qol vuraraq baş məşqçi Hikmət Karamanın alqışını qazandı və gələcək üçün ümid verdi” yazıb.
Fanat.Az