"Qarabağ” yeni transferi Con Delarqe ilə 3 illik müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
28 yaşlı hücumçunun adı Çempionlar Liqasının II təsnifat mərhələsində "Kukesi” ilə oyunların iştirak ərizəsinə salınacaq.
Qeyd edək ki, "Qarabağ" Keniya millisinin üzvünü "Bursaspor"dan transfer edib. Azərbaycan çempionu bu keçidə görə türk klubuna 200 min dollar ödəyib.
Fanat.Az