Ramil Şeydayevin "Mattersburq”a keçidi yenidən gündəmə gəlib.
Fanat.Az xəbər verir ki, Avstriya klubu "Trabzonspor”la danışıqlara başlayıb. Bu barədə Bundesliqa təmsilçisinin baş məşqçisi Gerald Baumqartner məlumat verib. Çalışdırıcı bildirib ki, 22 yaşlı forvardın keçidi üçün "Trabzonpor"a rəsmi təklif göndərilib. O, hətta Türkiyə tərəfinin bütün şərtlərini qəbul etdiyini bildirib.
"Bu məsələyə qısa müddətdi nöqtə qoymaq istəyirik. Çünki çox vaxtımız yoxdu. Əgər Şeydayevi almaq mümkün olmasa, B planını işə salacağıq” deyə Gerald Baumqartner bildirib.
Fanat.Az