"Keşlə” ilə bağlı xoşagəlməz faktlar artır.
Fanat.Az-a kluba yaxın mənbədən verilən məlumata görə, Müşahidə Şurasının sədri Zaur Axundov tanışlarının xahişi ilə Bakı təmsilçisinə futbolçu götürür.
Hazırda klubun əvəzedici komandasında tapşırıqla başını girləyən 3 oyunçu var. Onlardan hər birinə əməkhaqqı yazılıb. Oyunçuların adlarını açıqlamaq istəməyən mənbə onların toxunulmazlığının məhz Axundov tərəfindən təmin edildiyini vurğulayıb.
Əməkhaqqılara gəlincə, sədr sözünü yerə sala bilmədiyi yaxınlarının adamlarına 500-600 manat maaş yazdırıb.
Fanat.Az