"Neftçi”dən ayrılan Fransisko Qarsiyanın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Paraqvayın "İndependiente” klubu ilə anlaşıb. Paraqvaylı futbolçu yaxın günlərdə sabiq komandası ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, "Neftçi”yə bu ilin yanvarında "Serro Porteno”dan keçən Fransisko Qarsiya 2012-ci ildə "İndependiente”nin şərəfini qoruyub. O, "Neftçi"nin heyətində 11 oyun keçirib. 27 yaşlı yarımmüdafiəçi əvvəllər Paraqvayın "Sportivo Luqueno", "Deportivo Kapiata", "Nasional" və Kolumbiyanın "Atletiko Huila" klublarında çıxış edib.
Fanat.Az