"Keşlə” haqda dünən Fanat.Az-ın yaydığı informasiyadan sonra Bakı klubunda ara qarışıb.
Müşahidə Şurasının sədri Zaur Axundov tapşırıqla əvəzedici komandaya götürülən futbolçulardan birini göndərib. Bu, ampluaca yarımmüdafiəçi olan 1994-cü il doğumlu Elnur Ağayevdi.
Axundov vəziyyətdən çıxmaq üçün Rəmiş Malıyevin adamını "vurub”. Bir müddət öncə səlahiyyətlərinə məhdudiyyət qoyulan baş direktorun qohumu yola salınıb. Əvəzedici komandaya yerləşdirilərək adına əməkhaqqı yazılan digər 2 nəfərin aqibətinin necə olacağını isə zaman göstərəcək.
Fanat.Az